Gürcüstan parlamentində azərbaycanlı deputatla qondarma "erməni soyqrımı"nı tanımağı təklif edən Condo Boqaturiya arasında münaqişə olmuşdur

C.Boqaturiyanın təklifini təxribat adlandıran digər gürcü deputat da ona əl qaldırmışdır
Gürcüstan parlamentində insident baş vermişdir. APA-nın Gürcüstan bürosunun məlumatına gюrə, parlamentin bu gün keçirilən iclasında qondarma "erməni soyqrımı"nın ildюnümü ilə bağlı çıxış edən deputat Condo Boqaturiya parlamentin bu "soyqırımı"nı tanımaq barədə müzakirələr aparmasını təklif etmişdir.
Bu zaman azərbaycanlı deputat Azər Süleymanov ona etiraz etmişdir. Condo Boqaturiya cavab olaraq əlində tutduğu "Vazelin" qutusunu ona tullayıb. Bundan sonra deputatlar əlbəyaxa olmuşlar.
İnsidentə müdaxilə edən gürcü deputat Kako Boqoxidze Condo Boqaturiyaya əl qaldıraraq onun bu hərəkətini "klassik təxribat" adlandırmışdır. Azər Süleymanov Boqaturiyaya "ermənilərin Azərbaycanda tюrətdikləri soyqırımıdır, o soyqırımını sənin kimi ermənilər tюrədib" demişdir.
Başqa bir azərbaycanlı deputat Ramin Bayramov isə Xocalı soyqırımı barədə sənədləri deputata təqdim edərək, onları oxumasını təklif etmişdir.
Parlamentin sədri David Bakradze deputatları sakitləşdirmişdir. Qeyd edək ki, Condo Boqaturiya parlamentdə azlıqda olan "Gürcü qrupu" Partiyasının sədridir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında