Elektron xidmətlərin tətbiqinə diqqət artırılır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dюvlət orqanlarının elektron xidmətlər gюstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası ilə bağlı gюrülən işlərin və qarşıda duran məsələlərin müzakirəsi məqsədilə "Elektron Azərbaycan" Dюvlət Proqramının və "Elektron hюkumət" Fəaliyyət Proqramının Əlaqələndirmə Şurasının geniş tərkibdə nюvbəti iclası keçirilib.
İclasda Nazirlər Kabinetinin və digər dюvlət qurumlarının səlahiyyətli nümayəndələri və mütəxəssisləri iştirak edib.Bu barədə nazirliyin rəsmi saytı (mincom.gov.az) məlumat yayıb.
Əlaqələndirmə Şurasının sədri, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov iştirakçılara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin aprelin 16-da keçirilən 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dюvlət orqanlarında e-xidmətlərin təşkilində mюvcud olan problemlərlə bağlı tapşırıqları iclas iştirakçılarının nəzərinə çatdıraraq, bütün dюvlət orqanları tərəfindən fərmandan irəli gələn vəzifələrin qısa müddət ərzində icrasının təmin edilməsinin vacibliyini vurğulayıb. Daha sonra fərmanın icrası ilə bağlı gюrülmüş işlər barədə təqdimat keçirilib, hər bir dюvlət qurumunda gюrülən işlər və mюvcud problemlərlə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, artıq keçən ilin sentyabrından elektron imzaların verilməsinə başlanılıb, e-xidmətlərin "bir pəncərə" prinsipi əsasında təqdim olunması üçün e-hюkumət portalı və dюvlət orqanları arasında informasiya mübadiləsini təmin edən infrastruktur - "e-hюkumət şlüzü" hazırlanıb. E-xidmətlər reyestri yaradılıb və dюvlət orqanları tərəfindən təqdim olunan xidmətlər bu reyestrə daxil edilir. Hazırda 14 dюvlət orqanının 56 xidməti bu portalda cəmlənib. Yaxın zamanda portalın rəsmi istifadəyə verilməsi planlaşdırılır.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında