Ermənilər Qubada azərbaycanlılarla yanaşı, başqa xalqların nümayəndələrini də vəhşicəsinə qətlə yetirmişlər

Aprelin 23-də Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşkilatçılığı ilə ölkəmizin ali məktəblərində təhsil alan xarici tələbələr Quba məzarlığını ziyarət etmişlər.
Koreya Respublikasından, Çindən, İrandan, Nigeriyadan olan tələbələrə Quba məzarlığı haqqında ətraflı məlumat verən Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Evinin direktoru Ramiz Ramazanov demişdir ki, kütləvi məzarlıq 2007-ci ildə ərazidə torpaq işləri aparılarkən təsadüfən aşkar edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları ərazidə elmi tədqiqat işləri apararaq insan cəsədləri ilə doldurulmuş iki quyu və iki su kanalı aşkar etmişlər.
Tarixi araşdırmalara və arxiv sənədlərinə əsasən, müəyyən edilmişdir ki, 1918-ci ildə ermənilər Qubada azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətmişlər. Həmin dövrdə bolşeviklərin Bakıda təşkil etdikləri Xalq Komissarları Sovetinin komissarı Stepan Şaumyanın tapşırığı ilə, ermənilərdən ibarət 2 min nəfərlik hərbi dəstə Quba qəzasına göndərilmişdir. "Cəza dəstəsi" adlandırılan bu hərbi bölməyə erməni generalı Hamazasp rəhbərlik etmişdir. Arxiv sənədlərindən məlum olmuşdur ki, 1918-ci ilin aprel və may ayları ərzində təkcə Quba qəzasında 36782 nəfər insan qətlə yetirilmiş, 122 kənd tamamilə dağıdılmış, 380 ailənin bütün üzvləri vəhşicəsinə öldürülmüşdür. Quba şəhərinin özündə isə ermənilər tərəfindən 259 ev yandırılmış, 1800-dən artıq körpə, 2000-dən artıq yaşlı kişi və qadın qətlə yetirilmişdir.
Müəyyən edilmişdir ki, məzarlıqda azərbaycanlılarla yanaşı, Qubada yaşayan ləzgilər, yəhudilər, tatlar və avarlar da amansızcasına öldürülərək basdırılmışlar.
Tələbələr Qubada ermənilər tərəfindən törədilmiş soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Sonra gənclər Qubanın tarixi yerləri ilə tanış olmuşlar.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında