Azərbaycan Diplomatik Akademiyası Amerika Ticarət Palatasının üzvü seçilmişdir

Azərbaycan Diplomatik Akademiyası (ADA) Amerika Ticarət Palatasının (AMCHAM) üzvü seçilmişdir.
Akademiyanın mətbuat xidmətindən bildirmişlər ki, bu, ADA-nın paytaxtın biznes ictimaiyyəti ilə əməkdaşlığına, həmçinin ölkədəki və kənardakı biznes icmaları ilə də əlaqələrin möhkəmlənməsinə kömək edəcəkdir. Bu, həmçinin, ADA-ya gələcək korporativ proqramlarda yardımçı olacaqdır.
Palataya üzvlük akademiyanın tələbələrinin gələcəkdə işlə təmin olunmaq, yerli və xarici şirkətlərdə təcrübə keçmək imkanı yaradacaqdır.
ADA Amerika Ticarət Mərkəzinə üzv olan ilk ali təhsil ocağıdır. 1996-cı ildə yaradılmış Amerika Ticarət Palatasına hazırda Azərbaycan iqtisadiyyatının bütün sahələrindən olan 223 üzv daxildir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında