Musa Qasımlı: Ermənilər barəsində heç yerdə görünməyən faktlar aşkarlamışam

Millət vəkili, professor Musa Qasımlı Modern.az-a açıqlamasında uydurma erməni soyqırımı ilə bağlı çox mühüm faktlar aşkar etdiyini bildirmişdir. O, qeyd etmişdir ki, uzun zamandır 24 aprel hadisələri ilə bağlı apardığı geniş araşdırmalar nəticəsində heç bir yerdə görünməyən, erməni yalanlarını ifşa edən dəlillər toplamışdır:"Mən bu ilin yanvar ayında Moskvada, mart ayında isə Gürcüstan arxivlərində bu məsələlərlə bağlı indiyə qədər tədqiqatçıların rast gəlmədiyi, üzərində işləmədiyi bir çox arxiv materialları aşkar etdim. Bəzilərinin sürətini də əldə etmişəm. Bu sənədlər erməni yalanlarını ifşa etməyə bir daha əsas verir".
Professor 24 aprel hadisələri ilə bağlı istənilən erməni tarixçisi ilə debata getməyə hazır olduğunu və bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir: "Qeyd edim ki, bu məsələlərlə bağlı istənilən erməni tədqiqatçısı ilə mübahisə etmək olar. Hazırda bu istiqamətdə böyük bir monoqrafiya yazıram.
İnşallah yaxın illərdə işıq üzü görəcək. Tarixdə erməni soyqırımı deyilən hadisə heç bir zaman olmayıb. Faktlar göstərir ki, dünya müharibəsində böyük dövlətlər Osmanlını zəiflətmək və məğlub etmək üçün ermənilərdən istifadə ediblər. Bunun üçün tarixdə olmayan soyqırımı məsələsini gündəmə gətiriblər".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında