Bakıda radara və kameralara düşən sürücülər üçün yenilik

Bakıda sürücülər radara və videokameralara düşmələri barədə məlumatları SMS vasitəsilə öyrənəcəklər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bazar ertəsi Trend-ə bildirmişdir ki, paytaxt ərazisində radara və videokameralara düşən sürücülərə məlumatların daha operativ verilməsi məqsədilə SMS xidmətindən istifadə olunması üçün İdarə mobil operatorlarla danışıqlara başlamışdır.
V. Əsədovun sözlərinə görə, yol hərəkəti qaydalarını pozaraq radara və videokameralara düşən sürücülərə çağırış vərəqələrinin vaxtında çatdırılmasında müəyyən problemlər yaranır.
Belə ki, sürücülərin qeydiyyat ünvanlarına çağırış vərəqələri göndərilərkən həmin ünvandakı evlərin söküldüyü, yaxud da sürücülərin yaşayış yerlərini dəyişdikləri məlum olur və bu səbəbdən də qayda pozan sürücüləri bu barədə operativ məlumatlandırmaq mümkün olmur.
Bu səbəbdən də vətəndaşlar arasında müəyyən narazılıqlar yaranır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yaranmış problemin həlli məqsədilə bütün operatorlarla yeni SMS xidmətinin göstərilməsi üzrə danışıqlara başlamışdır.
Yeni xidmət fəaliyyətə başlayandan sonra radara və kameralara düşən sürücülər mobil telefonlarına göndəriləcək SMS-lər vasitəsilə məlumatlandırılacaqlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında