Kolumbiya Senatı Azərbaycan ərazilərinin işğalı ilə bağlı qərar qəbul etmişdir

Elman Abdullayev: Latın Amerikasında Meksikadan sonra Kolumbiya da Xocalıda baş vermiş hadisələri soyqırımı kimi qiymətləndirmişdir
Kolumbiya Senatında Azərbaycan ərazilərinin işğalı ilə bağlı qərar qəbul edilib. APA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib ki, qərar yekdilliklə qəbul olunub: "Həmin qərara əlavədə Azərbaycana qarşı təcavüzkar siyasətin tarixi haqqında məlumat verilib, Azərbaycanın mövqeyi əks olunub, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı digər 7 rayonun Ermənistan tərəfindən təcavüzə məruz qaldığı və indiyə qədər Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanması əks olunub.
Qərarda həmçinin 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi, Azərbaycan əhalisinə qarşı törədilən zorakılıq və onların insan hüquqlarının pozulduğu barədə məlumat verilib və bu, qətiyyətlə pislənilib. Bununla yanaşı önəmli bir fakt Xocalıda baş vermiş cinayətlərin soyqırımı adlandırılmasıdır. Bu o deməkdir ki, Latın Amerikasında Meksikadan sonra növbəti bir ölkə - Kolumbiya Xocalıda baş vermiş hadisələri soyqırımı kimi qiymətləndirib. Qərar Senata çıxarılmamışdan əvvəl Kolumbiyanın xarici işlər və müdafiə məsələləri üzrə ikinci komitəsində müzakirə edilib.
102 senatorun iştirakı ilə yekdilliklə qəbul olunan bu qərar Azərbaycan diplomatiyasının Xocalı soyqırımına dünya tərəfindən hüquqi-siyasi qiymət verilməsi istiqamətində növbəti uğurlu addımıdır. Biz bundan sonra da bu sahədə işləri davam etdirəcəyik. Bu istiqamət bizim üçün çox önəmlidir".

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında