Bakıdakı Britaniya Məktəbi və diplomatik nümayəndəliklərin rəhbərlərinin xanımları Buzovna qəsəbəsindəki 13 nömrəli internat məktəbinin hamamının yenidən bərpa olunmasına maliyyə yardımı göstərmişlər

Bakıdakı Britaniya Məktəbi və diplomatik nümayəndəliklərin rəhbərlərinin xanımları Buzovna qəsəbəsində yerləşən 13 nömrəli internat məktəbinin hamamının yenidən bərpasına maliyyə yardımı göstərmişlər. Təmir işləri ilə yerində tanış olmaq üçün iyunun 3-də Britaniya Məktəbinin nümayəndələri və diplomatik nümayəndəliklərin rəhbərlərinin xanımları internat məktəbinə gəlmişlər.
Polşanın Azərbaycandakı səfirinin xanımı Aldona Krajevska Bakıdakı Britaniya Məktəbinin bu işdə onlara dəstək verməsini yüksək qiymətləndirmişdir. Biz, səfirlərin xanımları burada gedən bərpa işləri ilə maraqlanmaq üçün Buzovnaya gəldiyimizə görə çox sevinirik.
Britaniya Məktəbinin rəhbəri Deyvid Draper demişdir ki, onlar bu xeyriyyə işinə səfirlərin xanımlarının məsləhəti ilə qoşulublar. Xanımlar internat məktəbi ilə artıq üç ildir ki, işləyirdilər. Bizə dəstək üçün təklif gələndə məmnuniyyətlə bunu qəbul etdik. Hesab edirəm ki, ehtiyacı olanlara yardım etmək vacib işdir. Biz bu gün burada yalnız hamamın təmir işləri ilə tanış olmaq üçün deyil, həm də Britaniya Məktəbinin şagirdləri adından buradakı uşaqlara hədiyyələr gətirmişik.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında