Tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq

Dünən Mingəçevir Şəhər İcra Hakimiyyətində tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları "Soyqırımı" abidəsi önünə gül-çiçək dəstələri qoymuş, sonra şəhər icra hakimiyyətində "Soyqırımı hadisələri ermənilərin tarixən xalqımıza qarşı apardığı məqsədyönlü siyasətdir" mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İ.İsmayılov açmış və məruzələr dinlənilmişdir. "1918-ci ilin soyqırımı ermənilərin xalqımıza qarşı törətdiyi ən qanlı cinayətdir" mövzusunda Mingəçevir Turizm Kollecinin tarix müəllimi Hikmət Muxtarov, "1948-1953-cü illərdə azərbaycanlıların deportasiyası ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinin tərkib hissəsidir" mövzusunda şəhər liseyinin direktoru Mayıl İsmayılov, "Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi mənfur erməni siyasətinin növbəti mərhələsidir" mövzusunda şəhər 2 saylı orta məktəbin direktoru Mirzə Cavadov məruzələrlə çıxış etmişlər.
Şəhər icra hakimiyyəti başçısının birinci müavini İ.İsmayılov yekun nitqi söyləyərək qeyd etmişdir ki, 31 mart bütün dünya azərbaycanlılarının kədər və hüznlə qeyd etdiyi soyqırımı qurbanlarının anım günüdür. Xain və satqın ermənilərin tarix boyu, zaman-zaman xalqımıza qarşı yeritdiyi soyqırımı və Azərbaycan torpaqlarının ermənilərlə məskunlaşdırma siyasəti ərazilərimizin hissə-hissə itirilməsi ilə nəticələnmiş, minlərlə soydaşımızın qətlinə səbəb olmuşdur. Tarixi faktlar sübut edir ki, son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş bu soyqırımın siyasəti nəticəsində xalqımızın başına müsibətlər gətirilmişdir.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımın faciələrini qeyd etmək məqsədilə ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il "31 mart azərbaycanlıların soyqırımı haqqında" fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bu tarixi fərmandan sonra əsrlər boyu başımıza açılmış, lakin məqsədli şəkildə ört-basdır edilmiş qanlı soyqırımı və deportasiya hadisələrinin əsl mahiyyəti tarixçilər, arxivşünaslar tərəfindən tədqiq edilməyə başlanmış, qaranlıqlara aydınlıq gətirilməyə başlanmışdır. Bu gün də ölkə Prezidenti cənab İlham Əliyev bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir, tarixi keçmişimizin araşdırılması sahəsində mühüm işlər görür. Tarixi yaddaşımızın qorunması, başımıza açılanlardan ibrət götürülməsi və gələcək nəsillərin əsil həqiqətlərlə məlumatlandırılması hər birimizin vətəndaşlıq borcudur.
Konfrans öz işini yekunlaşdırmışdır.
Azərbaycanlıların Soyqırımı Günü münasibətilə şəhərin idarə və təşkilatlarında, ali və orta ümumtəhsil müəssisələrində tədbirlər keçirilmiş, soyqırımı qurbanlarının xatirəsi anılmışdır.

{nl}

İlqar MUSAOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında