Azərbaycan kitabı Londonda

Üç gün davam edən, dünyanın ən böyük kitab sərgilərindən olan London Kitab Sərgisi aprelin 18-də öz işini başa çatdırmışdır. Sərgidə 100-ə yaxın ölkədən kitab sənəti ilə bağlı olan müxtəlif qurumlar iştirak etmişlər. Bu barədə Mədəniyyət və Turizm Nazirliyininin rəsmi saytında (mct.gov.az) məlumat yayılmışdır.
Ölkəmizi bu sərgidə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Sərginin ilk günü stendimizi ziyarət edən Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov nümayəndə həyətimizə fəaliyyətində uğurlar arzulamışdır.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülmüş 21 kvadratmetrlik stenddə 200 adda, 500 nüsxəyə yaxın müxtəlif çap məhsulu, o cümlədən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətdən, onun rəhbərliyi ilə görülən işlərdən, Azərbaycanın mədəniyyətindən, mədəni irsindən, tarixindən, Qarabağ həqiqətlərindən bəhs edən yüksək məzmuna və poliqrafik keyfiyyətə malik kitablar, həmçinin Prezident sərəncamı ilə işıq üzü görən 150 cildlik dünya ədəbiyyatı seriyasından nümunələr və cari ildə dövlət səviyyəsində yubileyləri qeyd olunacaq ədiblərin əsərləri ziyarətçilərin və iştirakçıların diqqətinə təqdim olunmuşdur.
Ekspozisiyamız insanlarda böyük maraq doğurmuş, stendimizi ziyarət edənlərə Azərbaycan haqqında müxtəlif çap məhsulları hədiyyə edilmişdir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında