Təbii fəlakət zonasında vəziyyət sabitləşir

Kür çayının daşması nəticəsində daşqınlardan əziyyət çəkən rayonlarda Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq kompleks işlər davam etdirilir.
Ərazidə aidiyyəti qurumların canlı qüvvəsi və texnikası işləyir.
Araz çayında suyun səviyyəsinin bir az da azaldılması məqsədilə Biləsuvar rayonu ərazisində qazılan kanal artıq istifadəyə verilmişdir. Mütəxəssislərin fikrincə, bu kanal vasitəsilə gün ərzində saniyədə 30-40 kubmetr su ötürüləcəkdir. Bir neçə gündür başlanan kanal çəkilişinə çoxlu texnika cəlb olunmuşdur. Araz çayının yeni qolu ilə su qabaqcadan planlaşdırılmış trayektoriya ilə axır. Hazırda çayda suyun sürəti saniyədə 480 kubmetrdir.
Kür çayının Sabirabad rayonunun Çığırğan kəndi istiqamətində yardığı bənddə bərpa işləri davam etdirilir. Yarılan 80 metrlik bəndin bir hissəsi artıq bağlanmışdır. Ərazidə xeyli sayda canlı qüvvə çalışır. İşə onlarla texnika cəlb olunmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında