Azərbaycan əhalisinin sayı 9,264 milyon nəfəri keçmişdir

Bu il aprel ayının 1-nə olan məlumata görə Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 29,1 min nəfər və ya 0,3 faiz artaraq 9264,2 min nəfərə çatmışdır.
Dövlət Statistika Komitəsindən "APA-ECONOMICS"ə verilən məlumata görə, əhalinin sıxlığı 1 kvadratkilometrə 107 nəfər olub: "Əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir, 22 faizi 0-14 yaşda, 72 faizi 15-64 yaşda, 6 faizi 65 və yuxarı yaşda olanlardır".
Komitədən bildirilib ki, hazırda hər 1 000 nəfər kişiyə 1 015 nəfər qadın düşür.
Cari ilin ilk üç ayı ərzində Azərbaycanda 43,1 min körpə doğulub və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,9-dan 19-dək artıb. Doğulanların 53,8 faizi oğlanlar, 46,2 faizi isə qızlar olub.
"Hesabat dövründə ölkədə 14,4 min ölüm halı qeydə alınıb və 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm eyni səviyyədə (6,3) qalaraq dəyişməyib", - deyə komitədən bildirilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında