Fikrət SADIQOV: Avropa Parlamentinin qətnaməsi Azərbaycanın xarici siyasətinin qələbəsidir

Avropa İttifaqının Azərbaycan və Ermənistanla assosiativ saziş üzrə danışıqlarına dair Avropa Parlamentinin qətnaməsi şübhəsiz ki, Azərbaycan diplomatiyasının ciddi uğurudur. Politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıqov belə hesab edir: "Bu qətnamənin icbari xarakter daşımamasına baxmayaraq, bu fikir Avropa cəmiyyətinin aparıcı dövlətlərinin fikridir.
Onlar yenidən Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyini vurğulayaraq Ermənistanı əvvəlki qətnaməni yerinə yetirməyə və işğal edilmiş Azərbaycan ərazilərini azad etməyə çağırırlar. Bu ismarıc qətnamənin bütün mətnində var və bu anlamaq üçün onu sətirlərin arasında oxumaq lazım deyil"...
Fikrət Sadıqov qeyd etmişdir ki,qətnamədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin Akvil bəyanatının ayrı-ayrı məqamları və Avropa Parlamentinin 20 may 2010-cu il tarixli qətnaməsi öz əksini tapmışdır.Onun sözlərinə görə, bu, Azərbaycan diplomatiyasının aparıcı Avropa dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə başa çatan çox vacib uğurudur: "Ermənistanın həmişəki kimi yaxasını qurtarmağa və yeni maneələr yaratmağa çalışacağı başqa məsələdir və o çətin ki, ona edilən belə çağırışları yerinə yetirsin".
Politoloq daha sonra qeyd etmişdir ki,Ermənistana belə müraciət buna qədər də olub. Aparıcı dövlətlərin rəhbərləri hələ Akvildə G8 sammitində Ermənistanı öz qoşunlarını işğal edilmiş Azərbaycan ərazilərindən çıxarmağa çağırmışdılar: "Ermənistanı Azərbaycan ərazilərini azad etməyə və öz qoşunlarını çıxarmağa, ağıllanmağa və sivil inkişaf yoluna çıxmağa məcbur edən qətnamələrin və qərarların qəbul ediləcəyi gün uzaqda deyil".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında