Ermənistan silahlı birləşmələri cəbhənin bir neçə istiqamətində atəşkəsi pozmuşlar

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 20-də saat 10.35-dən 10.37-dək Ermənistanın İcevan rayonunun Berkaber, saat 17.05-dən 17.15-dək Noyenberyan rayonunun Berdavan kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun Qızılhacılı və Kəmərli kəndlərində, saat 13.45-dən 14.00-dək Ermənistanın Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərini atəşə tutmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, erməni silahlı birləşmələri elə həmin gün saat 22.35-dən 22.40-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında, saat 13.35-dən 13.40-dək, 22.35-dən 22.40-dək və aprelin 21-də 02.50-dən 02.55-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında