XARİCİ XƏBƏRLƏR (21.04.2012)

Səudiyyə Ərəbistanı
Hasilat artıb
Bu ilin martında Səudiyyə Ərəbistanında gündəlik neft hasilatı 9,834 milyon barrel təşkil edib. Beləliklə, əvvəlki ayla müqayisədə hasilat 24 min barrel çoxalıb. Ekspertlərin fikrincə, İran nefti ilə əlaqədar qlobal embarqo tətbiq olunacağı təqdirdə Səudiyyə Ərəbistanı hasilatı daha 25 faiz artırmalıdır.
Xəbəri Röyter agentliyi verib.

{nl}


Böyük Britaniya
Ən bahalı mənzil
Hazırda dünyada satışda olan ən bahalı mənzil Londondadır. Hayd park rayonunda yerləşən həmin evin sahəsi 320 kvadratmetrdir və o 23,06 milyon avroya satılır. Mənzilin hər 1 kvadratmetrinin dəyəri 72062 avroya bərabərdir.
İnformasiyanı BBC yayıb.

{nl}


Finlandiya

Uğursuz rüb
Bu ilin birinci rübü "Nokia" kompaniyası üçün uğursuz olub. Yanvar-mart ayları ərzində kompaniya 929 milyon avro ziyana düşüb. Qeyd edək ki, keçən ilin müvafiq dövründə "Nokia" 344 milyon avro təmiz gəlir əldə etmişdi.
Məlumatı "Alman dalğası" yayıb.

{nl}


İsveçrə
FİFA muzey yaradır
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası Sürixdə öz muzeyini yaratmaq qərarına gəlib. Layihəyə 180 milyon İsveçrə frankı ( 196 milyon dollar ) vəsait sərf ediləcək. FİFA 1904-cü il mayın 21-də yaradılıb. Bu quruma 208 milli assosiasiya üzvdür.
Xəbəri BBC yayıb.

{nl}


ABŞ

Dik Klark vəfat edib
Məşhur teleaparıcı və prodüser Dik Klark 83 yaşında vəfat edib. O, 1957-1987-ci illərdə populyar "Amerika estradası" proqramının aparıcısı olub. Klark "Qremmi"nin əsas rəqibi hesab edilən America Music Award musiqi mükafatının təsisçisidir. İnformasiyanı CNN verib.

{nl}

Hazırladı: Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında