Araz çayının yeni qolunun dənizə yönəldilməsi üçün tədbirlər görülür

Araz çayının tarixi qolunun bərpasından sonra qola buraxılan suyun Biləsuvar və Cəlilabad rayonlarının ərazilərindən keçərək dənizə ötürülməsi üçün təxirəsalınmaz tədbirlər görülür. Ələt-Astara magistralının 93 kilometrliyində yeni körpü tikilir. Bakı-Astara dəmir yolunun Osmanlı-Astara xəttinin 87-ci kilometrliyində isə suyu dənizə ötürmək üçün borular qoyulur.
Bakı-Astara dəmir yolunun Qırmızıkənd-Cəlilabad mənzilində 9,2 kilometr məsafədə Araz çayının yeni qolunda boru xətlərinin qoyulması ilə bağlı ötən ayın axırlarından hazırlıq görülür və iyunun 1-də tikinti işlərinə başlanmışdır. Hər birinin uzunluğu 3,5 metr, diametri 1,8 metr olan 15 borunun 9-u artıq dəmir yolu xəttinin altından salınmışdır. Qalan 6 boru isə yaxın iki gün ərzində qoyulacaqdır. Bu tədbirlər yeni qoldan həmin məntəqəyə gələcək suyu maneəsiz olaraq yolun əks istiqamətinə, ordan isə Qızılağac körfəzi vasitəsilə dənizə ötürməyə imkan yaradacaqdır.
Bakı-Astara xəttinin ən aşağı nöqtəsi hesab olunan 87-ci kilometrlikdə yaxın iki gün ərzində işlər tam yekunlaşacaqdır. Qeyd edək ki, yolun sağ və sol istiqaməti boyunca kilometrlərlə bataqlıq uzanır. Bütün işlər ancaq xəttin üstündən icra edilir.
Bu işlərin görülməsinə isə 4 dəmir yolu kranı, 1 ekskavator və 60-dan çox dəmiryolçu cəlb olunmuşdur. Arazın yeni qolu həm də Ələt-Astara avtomobil magistralının 93-cü kilometrliyində Biləsuvar rayonunun ərazisindən keçəcəkdir. Buna görə də həmin ərazidə magistralın üzərində eni 12 metr, uzunluğu 82,5 metr olan körpünün inşasına başlanılmışdır. Dəmir-beton konstruksiyalı bu körpünün tikintisi 10 gün ərzində başa çatmalıdır. Hazırda burada svaylar vurulur, qazıntı işləri aparılır. Suyun keçəcəyi ərazidə 200 metr hissədə magistral rabitə xətlərinin yeri dəyişdirilərək daha dərinlikdən çəkilir. Bu gündən isə körpüdəki inşaat işlərinə əlavə texnika və qüvvə cəlb edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında