Türkiyə Prezidenti Abdullah Gül azərbaycanlı uşaqlara xatirə hədiyyəsi təqdim etmişdir

Türkiyə Prezidenti Abdullah Gül Milli Suverenlik və Uşaq Bayramı münasibətilə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan gəlmiş uşaqlarla görüşmüşdür.  
Bayram şənliklərinin təşkilatçısı TRT televiziyasının baş direktoru İbrahim Şahin və uşaqları Çankaya köşkündə qəbul edən Türkiyənin dövlət başçısı azərbaycanlı uşaqlara da hədiyyə təqdim etmiş, onlarla xatirə şəkli çəkdirmişdir.
Uşaqların Türkiyəyə gəlişindən sevindiyini söyləyən Abdullah Gül demişdir ki, bu bayram şənlikləri otuz dörd ildir keçirilir və dünyanın müxtəlif ölkələrindən uşaqlar türkiyəli yaşıdları ilə birlikdə şənlənirlər. Dünya müharibələr və münaqişələrdən təmizlənməli, indiki uşaqlar da böyüdükdə bir-birinə dost və qardaş olmalıdırlar.
Azərbaycanlı uşaqlar da Türkiyə Prezidentinə rəsm əsəri və başqa hədiyyələr təqdim etmişlər.

{nl}

Oqtay Bayramov AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında