Moldovada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş markalar buraxılmışdır

Aprelin 20-də Moldovanın "Poşta Moldovei" dövlət müəssisəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş dörd poçt markasından ibarət seriya buraxmışdır.
Azərbaycanın Moldovadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, poçt markaları kiçik vərəqə formasında buraxılmışdır. Hər vərəqədə dörd növdə 24 poçt markası vardır. Hər bir markanın nominalı 1,2 leylik poçt tarifinə bərabərdir.
Poçt markalarının rəsmi təqdimatının görkəmli siyasi xadimin ad günü münasibətilə cari ilin mayında keçirilməsi planlaşdırılır. Təqdimata Moldova Respublikasının hökumət və dövlət rəhbərləri, parlamentin deputatları, Nazirlər Kabinetinin üzvləri, səfirliklərin və Kişineuda akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndəliklərinin başçıları, alimlər, mədəniyyət xadimləri, habelə KİV-lərin nümayəndələri və Moldova Azərbaycanlıları Konqresinin üzvləri dəvət olunacaqlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında