Kristof BUVYE: "Bakını çirkli şəhər adlandıran şəxslərə bu gözəl paytaxta səyahət etmələrini tövsiyə edirəm"

Bakını çirkli şəhər adlandıran şəxslərə bu gözəl paytaxta səyahət etmələrini tövsiyə edirəm.
Bu sözləri Dünya Ətraf Mühit Gününü qeyd etmək məqsədi ilə Azərbaycana gəlmiş BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa bürosunun direktoru Kristof Buvye iyunun 3-də keçirdiyi mətbuat konfransında demişdir.
Qonaq bəzi xarici reytinq cədvəllərində Bakının çirkli şəhərlər siyahısına salınmasına münasibət bildirərək vurğulamışdır ki, Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı çox ciddi və təqdirəlayiq işlər görülür. Mən özüm də bunun canlı şahidi oldum. 2010-cu ilin "Ekologiya ili" elan edilməsi buna ən gözəl sübutdur. Mən düşünürəm ki, gələcəkdə Azərbaycanda bu sahədə çox mühüm nailiyyətlər əldə olunacaqdır.
BMT tərəfindən ətraf mühitin qiymətləndirilməsi sahəsi üzrə yeni hesabatın hazırlandığını deyən K.Buvye, bu sənəddə Azərbaycanla bağlı çox müsbət qeydlər olduğunu bildirmişdir. Məlumat vermişdir ki, həmin hesabat təxminən bir aydan sonra ictimaiyyətə açıqlanacaqdır. Sənəd rəsmi şəkildə Azərbaycan dövlətinə də təqdim olunacaqdır.
Xatırladaq ki, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı, Azərbaycanın paytaxtı Bakı şəhəri də Dünya Ətraf Mühit Gününün 2010-cu ildə Avropa regionunda qeyd olunması üçün baş şəhər elan edilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında