Azərbaycan Caspian Telecoms 2012 sərgisində təmsil olunur

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşlarından ibarət Azərbaycan nümayəndə heyəti İstanbulda keçirilən Caspian Telecoms 2012 adlı regional konfrans-sərgidə iştirak edir. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yaymışdır.  
Son illər ərzində tədbir davamlı şəkildə genişlənməklə Xəzər regionu, MDB ölkələri, Türkiyə və Mərkəzi Asiya üçün telekommunikasiya və informasiya texnologiyaları üzrə aparıcı forum kimi şöhrət tapıb. Konfrans çərçivəsində Azərbaycan, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan və regionun digər ölkələrini təmsil edən rəsmi nümayəndə heyətləri regional əməkdaşlıq və sosial-iqtisadi inkişafın aktual məsələlərini və potensial imkanlarını müzakirə etmək imkanı əldə etmişlər.
Tədbirin müzakirə və məruzələri rabitə siyasəti, perspektiv texnologiyalar və qabaqcıl texnologiyaların tətbiqi məsələlərini əhatə edir. Azərbaycan təmsilçiləri konfransda ölkənin bölgələrində rabitə və informasiya texnologiyalarının inkişafı, genişzolaqlı internet xidmətlərinin kütləvi tətbiqi haqqında məruzə ilə çıxış edəcəklər, eləcə də Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin həyata keçirilməsindən söhbət açacaqlar. Konfransa rabitə administrasiyalarının nümayəndələri ilə yanaşı avadanlıq istehsalçıları, rabitə operatorları, maliyyə qurumları və beynəlxalq təşkilatların təmsilçiləri də qatılıblar.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında