Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov Türkiyənin Trabzon şəhərində keçirilən Avropa Olimpiya təsnifat turnirini izləmişdir

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov Türkiyənin Trabzon şəhərində keçirilən Avropa Olimpiya təsnifat turnirini izləmişdir.
ABF-dən bildirmişlər ki, federasiyanın prezidenti Məhəmməd Abdulhəmidov (56 kq) London Yay Olimpiya Oyunlarına lisenziya qazandıqdan sonra fikirlərini bildirmişdir.
K.Heydərov qeyd etmişdir ki, boksçularımızın çıxışını yaxşı qiymətləndirirəm. Bu yarışda milli komandamızın üzvləri yaxşı təsir bağışladılar. Artıq Olimpiya Oyunlarına 6 lisenziya qazanmışıq. Bu, son illərdə əldə olunmuş ən böyük nailiyyətlərdən biridir. Daha bir lisenziya qazanmaq şansımız qalır. Əgər Olimpiya Oyunlarına 7-ci vəsiqəni də alsaq, bu daha səmərəli, daha keyfiyyətli olardı.
Federasiyanın prezidenti vurğulamışdır ki, lisenziya qazana bilməyən boksçularımıza da gələcək yarışlarda uğurlar arzu edirəm. Çünki onlar həqiqətən yaxşı vuruşdular. Amma lisenziya turnirlərində böyük rəqabət olur və gərgin mübarizə gedir. Bu dəfə həmin boksçularımızın bəxti gətirmədi. Gələcəkdə onlara da ümid bəsləyəcəyik. Biz 81 kq çəki dərəcəsində mübarizə aparan Vətən Hüseynlidən də lisenziya gözləyirik. O da güclü idmançıdır. İnanırıq ki, komandamıza 7-ci lisenziyanı qazandıracaqdır.
K.Heydərov boksçularımızın London Olimpiya Oyunlarındakı perspektivlərinə də toxunmuşdur. O, söyləmişdir ki, hamımızın məqsədi odur ki, Olimpiya Oyunlarında yaxşı çıxış edək. Amma bunun üçün çox çalışmaq lazımdır. Boksçularımız öz üzərlərində daim işləməlidirlər. Həm fiziki, həm texniki, həm də psixoloji hazırlığa diqqət yetirmək lazımdır. Olimpiya Oyunlarına 3 ay qalmışdır. Bu müddətdən səmərəli istifadə etmək gərəkdir. Əminəm ki, boksçularımız daha əzmlə məşq edib, Olimpiya Oyunlarında layiqincə çıxış edəcəklər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında