Berlində Avropa Azərbaycanlıları Konqresinin IV qurultayı keçiriləcəkdir

Aprelin 29-da Almaniyanın paytaxtı Berlində Avropa Azərbaycanlıları Konqresinin (AAK) IV qurultayı keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, qurultayda AAK-ın üzvü olan təşkilatların rəhbərlərinin, Azərbaycanın dövlət və hökumət nümayəndələrinin, deputatların, Azərbaycan cəmiyyət və birliklərinin, həmçinin digər xalqların diaspor qurumlarının təmsilçilərinin iştirakı gözlənilir.
Tədbirdə AAK-ın prezidenti Başar Kömürün ötən qurultaydan keçən müddət ərzində görülmüş işlərə dair hesabat məruzəsi dinləniləcəkdir. Bundan əlavə, qurultayın üzvləri və qonaqlar AAK-ın ötən dövrdəki fəaliyyətinə, təşkilatın qarşısında duran vəzifələrin icrasına qiymət verəcəklər.
Qurultay çərçivəsində Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın inkişafı sahəsində qarşıda duran vəzifələr, xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının yeni üsulları və texnologiyaları barədə müzakirələrin aparılması, AAK-a yeni üzv-təşkilatların qəbulu da nəzərdə tutulmuşdur.
Tədbirdə "Gücümüz birliyimizdədir" sənədli filmi nümayiş etdiriləcək və Dünya Azərbaycanlılarının III qurultayının yekunlarına həsr olunmuş kitabın təqdimatı keçiriləcəkdir.
Qurultayda AAK-ın rəhbər orqanları seçiləcək, həmçinin bir sıra sənədlər, o cümlədən Konqresin IV qurultayının qətnaməsi qəbul ediləcəkdir. AAK-ın IV qurultayında "Avropa Azərbaycanlıları Konqresi Fəxri prezidentlərinin Məşvərət Şurası"nın yaradılması da gözlənilir.
AAK 2004-cü il aprelin 17-də Berlində keçirilmiş toplantıda təsis edilmişdir. Qurumun yaradılmasının əsas məqsədi Avropa ölkələrində məskunlaşmış soydaşlarımızın tarixi vətənləri ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, onların milli, sosial və vətəndaş hüquqlarının müdafiəsi, milli-mənəvi dəyərlərin birgə qorunması və Azərbaycan icma və birliklərinin regionda fəaliyyətlərinin əlaqələndirilməsidir. AAK-da Avropanın 27 ölkəsindən 60-dan artıq diaspor təşkilatı təmsil olunur.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında