Ukrayna Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda maraqlıdır

Ukrayna Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Bu sözləri Bakıda rəsmi səfərdə olan Ukrayna Ali Radasının sədri Vladimir Litvin demişdir.
V.Litvin bildirmişdir ki, bu əməkdaşlıq əsasən neft məhsullarının, ən çox da təbii qazın nəqlini nəzərdə tutur. "Biz təbii qazla etibarlı təmin olunmaqda maraqlıyıq və eyni zamanda, mavi yanacağın əsaslandırılmış qiyməti də bizim üçün əhəmiyyətlidir. Bu istiqamətdə ciddi işləməyə ehtiyac vardır. Həmin qazın nəqli üçün Ukraynada terminal tikilməlidir və bu terminal da həcmə uyğun olmalıdır. Düşünürəm ki, bu məsələdə Azərbaycanın təcrübəsindən faydalana bilərik", - deyə V.Litvin bildirmişdir.
Ali Radanın sədri qeyd etmişdir ki, Ukrayna Azərbaycan ilə Türkiyə arasında imzalanan Transanadolu layihəsində də iştirak etməkdə maraqlıdır.
Bundan başqa, Ukrayna şirkətləri Azərbaycanda metro və idman qurğularının tikintisində iştirak etmək niyyətindədirlər. Ukraynada çətin şəraitdə işləmək sahəsində kifayət qədər təcrübəli şirkətlər vardır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında