Füzuli rayon prokurorunun sabiq böyük köməkçisi barəsində Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə cinayət işi başlanmışdır

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan istintaqla tutduğu vəzifədən kənarlaşdırılmış Füzuli rayon prokurorunun sabiq böyük köməkçisi Çingiz Mövsümovun prokurorluq işçisinə yaraşmayan və prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyi müəyyən edilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, Çingiz Mövsümov Füzuli rayon prokuroru vəzifəsini icra edərkən Tural Kərimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə prokurorluqda istintaqı aparılan cinayət işi üzrə ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror kimi ona tamah məqsədi ilə qəsdən adam öldürməyə görə ittiham verilməməsi üçün 2010-cu il 7 yanvar tarixdə təqsirləndirilən şəxsin əmisi Arzu Kərimovdan 2.500 manat pul almış, bundan əlavə, Tural Kərimovun məhkəmə tərəfindən təyin ediləcək cəzanın çəkilməsindən azad olunmasını təşkil etməkdən ötrü 30.000 manat məbləğində pul istəmişdir.
Xidməti intizamın kobud pozuntusuna, prokurorluq işçisinə yaraşmayan və prokuror vəzifəsi ilə bir araya sığmayan və cinayət qanunvericiliyi ilə təqib olunan hərəkətlərə yol verdiyinə görə Füzuli rayon prokurorunun böyük köməkçisi Çingiz Mövsümov Baş Prokurorluq üzrə müvafiq əmrlə prokurorluq orqanlarından xaric edilmişdir.
Həmin fakta görə Çingiz Mövsümov barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.
Törətdiyi cinayət əməllərinə görə Ç.Mövsümov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə istintaq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində davam etdirilir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında