Bu il Azərbaycanda ÜDM-in artım tempinin 5,7 faiz təşkil edəcəyi gözlənilir

"APA-ECONOMICS"in məlumatına görə, bunu iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən sənaye parklarına dair regional konfransda çıxışında bildirmişdir.
Onun sözlərinə görə, 2012-ci ilin sonunda ölkədə 55 milyard dollarlıq ÜDM istehsal olunacağı proqnozlaşdırılır: "2015-ci ildə ÜDM-in artım dinamikasının 6,3% olacağı gözlənilir. Adambaşına düşən ÜDM 2012-ci ildəki 6 000 dollardan 2015-ci ildə 7 548 dollara qədər artacaq və Azərbaycanın yuxarı orta gəlirli ölkələr arasında mövqeyi daha da möhkəmlənəcək".
N.Səfərov qeyd etmişdir ki, 2012-ci ildə əsas kapitala yönəldilmiş investisiyaların 9,7% artaraq 17,1 milyard dollar, 2015-ci ilədək isə ümumilikdə 62,5 milyard dollar olacağı proqnozlaşdırılır: "Əsas kapitala xarici investisiyaların 2012-ci ildə 5,1 milyard dollar olmaqla 2015-ci ilədək orta hesabla ildə 18% artaraq ümumilikdə 22,8 milyard dollara çatacağı gözlənilir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında