Azərbaycan ərazisində baş vermiş ən güclü və dağıdıcı zəlzələlərin xəritəsi hazırlanmışdır

427-ci ildən 2010-cu ilə qədər Azərbaycan ərazisində 223 belə zəlzələ baş vermişdir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ilk dəfə olaraq Azərbaycan ərazisində 427-ci ildən 2010-cu ilə qədər baş vermiş güclü, dağıdıcı zəlzələlərin episentr xəritəsini hazırlamışdır.
Bu barədə APA-ya RSXM-in baş direktoru Qurban Yetirmişli məlumat vermişdir. Onun sözlərinə görə, xəritə ötən ilin sonu, bu ilin əvvəllərində hazırlanmışdır. Xəritəyə 427-ci ildən Rixter cədvəli üzrə maqnitudası 5-dən yuxarı olan zəlzələlər, onların tarixi, insan tələfatı və baş verən dağıntılar haqqında məlumatlar daxil edilmişdir: "Xəritəyə tarixi mənbələrə və instrumental müşahidələrə əsasən, 223 güclü, katastrofik zəlzələ daxil olunmuşdur.Ola bilsin ki, bu zəlzələlərin sayı daha çox olub. Amma biz bu faktları daha çox tarixi mənbələrə əsasən qeyd etmişik".
Q. Yetirmişli bildirib ki, Azərbaycan ərazisində ən güclü zəlzələlər 1667, 1669 və 1671-ci illərdə Şamaxıda baş verən zəlzələlər hesab olunur: "Bu üç zəlzələdə 100 mindən artıq insan tələf olmuşdur. 1667-ci ildə Şamaxıda baş verən zəlzələ 10 bala yaxın idi. Bundan başqa, 427-ci il Gəncə, 1139-cu il Gəncə (həmin vaxt Kəpəz dağı uçaraq Ağsuçayın qabağını kəsmiş və Göygöl əmələ gəlmişdir), 1235-ci il Gəncə, 1859-cu il Şamaxı (bu zəlzələdən sonra quberniya paytaxtı Şamaxıdan Bakıya köçürülmüşdür), 1902-ci il Şamaxı zəlzələlərini də Azərbaycan tarixinin ən güclü zəlzələləri saymaq olar".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında