Rusiya XİN: Rusiya ilə ABŞ-ın raket hücumundan müdafiə sahəsində əməkdaşlığında Qəbələ RLS-in hansı rolu oynayacağını demək tezdir

"Bizim Qəbələ Radiolokasiya Stansiyasını ABŞ-la birgə işlətmək barədə təkliflərimiz hələ də qüvvəsində qalır".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu gün keçirdiyi mətbuat konfransında demişdir.
Sergey Ryabkov bu təklifin Buş administrasiyası dövründə Rusiya prezidenti Vladimir Putin tərəfindən verildiyini, Obama administrasiyası dövründə də müzakirə olunduğunu xatırlatmışdır: "Təəssüflər olsun ki, ABŞ tərəfi buna müsbət cavab verməyib. 2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedev NATO-nun Lissabon sammitində bununla bağlı bir daha təklif verdi. O, ümumiyyətlə, Rusiya və ABŞ-ın birgə iştirakı ilə raket hücumundan müdafiə sistemləri qurmağı təklif etmişdi. Bunun üçün Rusiya və ABŞ-ın Qəbələ RLS-i birgə istifadə etməsi, Qəbələ RLS vasitəsi ilə hansı məlumatlar əldə edilirsə onu ABŞ-la bölüşmək təklif olunmuşdu. Təəssüflər olsun ki, ABŞ və NATO başqa yolu, Şərqi Avropada raket hücumundan müdafiə sistemləri qurmaq yolunu seçdi. Onlar bizsiz yol seçdilər, bu isə onların öz işidir. Amma hadisələrin sonrakı gedişi göstərdi ki, NATO, ABŞ və Rusiyanın birgə maraqları var. Bu maraqlardan biri də Qəbələ RLS-lə bağlıdır. Bir daha qeyd etmək istəyirəm ki, Rusiyanın Qəbələ RLS-i ABŞ-la birgə işlətmək barədə təklifi indi də öz qüvvəsində qalır. Lakin Qəbələ RLS-in Rusiya ilə ABŞ-ın bu sahədə əməkdaşlığında hansı rolu oynayacağını demək tezdir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında