Azyaşlının avtomobillə vurulması faktı qanuna uyğun olaraq araşdırılmışdır

Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, son günlər "Zerkalo" qəzetinin əməkdaşı İdrak Abbasov bəzi kütləvi informasiya vasitələrində çıxışlar edərək, azyaşlı oğlu Səid Abbaszadənin 2012-ci il martın 6-da Azad adlı şəxs tərəfindən idarə edilən avtomobillə vurulması ilə bağlı faktın Binəqədi Rayon Polis İdarəsində obyektiv araşdırılmaması barədə əsassız və həqiqətə uyğun olmayan bəyanatlar vermişdir. 
Bakı Şəhər Prokurorluğu həmin məlumatları təkzib edərək bildirir ki, Azad Ağayevin özünə məxsus avtomobillə Səid Abbaszadəni ehtiyatsızlıq nəticəsində vuraraq xəsarət yetirməsi faktı Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırılmışdır. Hadisənin şahidi olmuş şəxslərin izahatları alınmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri tədbirlər həyata keçirilmişdir.
Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, A.Ağayev sürücülük vəsiqəsi olmadan texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus "VAZ- 2107" markalı "90-NC-348" dövlət qeydiyyat nişanlı avtomobillə qeyd edilən tarixdə saat 17 radələrində Sulutəpə qəsəbəsində saatda 30-40 km sürətlə hərəkət edərkən qəflətən azyaşlı S.Abbaszadənin onun yoluna çıxmasını görüb hadisənin qarşısını almaq məqsədilə əyləci basaraq avtomobilin hərəkətini dayandırmasına baxmayaraq sonuncu avtomobilin sağ qanadına dəyərək xəsarət almışdır. Dərhal avtomobili saxlayan A.Ağayev piyadanın ciddi xəsarət almadığını görərək hadisə yerindən uzaqlaşmışdır.
Məhkəmə-tibbi ekspertizası ilə S.Abbaszadənin hadisə nəticəsində aldığı alın nahiyəsinin hematoması və qançırı, üst dodağının səthi yarası kimi xəsarətlərin dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olması müəyyən edilmişdir.
Beləliklə, aparılan araşdırma nəticəsində A.Ağayevin əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmiş və toplanmış material inzibati qaydada tədbir görülməsi üçün rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında