Böyük Qafqaz dağılmaq və inteqrasiya arasında

AzərTAc "Amerikanın səsi" radiosuna istinadla xəbər verir ki, Vaşinqtonda fəaliyyət göstərən Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı, Qafqaz və MDB üzrə ekspert Çefri Mankoff "Böyük Qafqaz dağılmaq və inteqrasiya arasında" adlı hesabat hazırlamışdır.
Hesabatın Azərbaycana aid olan hissəsində deyilir ki, Sovet İttifaqı dağıldıqdan sonra Qafqazda münaqişə ocaqları yaranmışdır. Bu münaqişələr həll olunmamış qalmaqdadır və region dövlətlərinin inkişafına əngəl törədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi region dövlətlərinin inteqrasiyasına və iqtisadi dirçəlişinə imkan vermir. Lakin buna baxmayaraq, Azərbaycan böyük iqtisadi irəliləyişə nail ola bilmişdir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə 2012-ci ildə Azərbaycanın iqtisadiyyatı inkişaf edərək 7,1 faiz artacaq ki, bu da Ermənistanın iqtisadiyyatından 5 dəfə çox artım deməkdir. Belə iqtisadi artım MDB məkanındakı heç bir ölkədə müşahidə edilmir. Azərbaycan çox güclü və yeni texnologiyalarla təmin edilmiş ordu yaratmışdır. Azərbaycanın dövlət büdcəsindən ordu quruculuğuna ayırdığı maliyyə vəsaiti Ermənistanın bütün dövlət büdcəsinə bərabərdir.
Cənubi Qafqaz bölgəsindəki münaqişələrin həllinin böyük dövlətlərdən daha çox asılı olduğunu qeyd edən hesabatın müəllifi bildirir ki, Amerika Birləşmiş Ştatları Azərbaycanla enerji sahəsində əməkdaşlıq edir. Bununla yanaşı, rəsmi Vaşinqton bu bölgədə marağı olan dövlətlərin mövqelərini gözləməklə münaqişələrin həll olunmasına çalışmalıdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında