İtaliyada Azərbaycan Mədəniyyəti Günləri keçirilir

Aprelin 16-da Heydər Əliyev Fondunun və Azərbaycanın Romadakı səfirliyinin dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İtaliyada Azərbaycan Mədəniyyəti Günləri başlamışdır.
Möhtəşəm Kariniano Teatrı qədim və zəngin mədəniyyətə malik italiyalıların qürur mənbəyi sayıla bilər. Turin şəhərinə xüsusi gözəllik verən bu qədim teatr bu dəfə Azərbaycan mədəniyyət xadimlərinin ixtiyarına verilmişdi. İtaliyada Azərbaycan Mədəniyyəti Günləri yüksək səviyyədə keçirilir.
Mərasimdə Piemonte regionunun mədəniyyət məsələləri üzrə müşaviri Mikele Kapola, ölkəmizin mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək İtaliya ilə Azərbaycan arasında bütün sahələrdə gözəl əlaqələrin olduğunu vurğulamışlar. Turindən başlanan Azərbaycan Mədəniyyəti Günlərinin bu mənada xüsusi əhəmiyyətə malik olduğunu bildirmişlər.
Sonra xalq artisti Afaq Məlikovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət rəqs ansamblı, əməkdar artist Elnarə Kərimovanın başçılıq etdiyi "Buta" kamera xoru, əməkdar artist Fidan Hacıyeva və digər sənətçilərimiz öz virtouz ifaları ilə sözün həqiqi mənasında turinliləri heyran etmişlər.
Tədbirin çox gözəl keçdiyini qeyd edən İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Rossana Boldi tamaşaçıların da sənət adamlarından nə qədər razı qaldıqlarının göz qabağında olduğunu bildirmişdir. R.Boldi Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətə və sosial həyata göstərdikləri dəstəyin İtaliyada yüksək qiymətləndirildiyini vurğulamışdır. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İtaliyanı çox sevdiyini qeyd etmişdir.
İtaliyanın Piemonte regionunun mədəniyyət məsələləri üzrə müşaviri Mikele Kapola Azərbaycan Mədəniyyəti Günlərində iştirakından məmnunluq ifadə etmişdir. M.Kapola vurğulamışdır ki, Azərbaycan zəngin mədəniyyətə malik olan ölkədir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında