Gül bayramında "Binqo+10" dan 10 avtomobil!

"Azərlotereya"nın "Bahar Sevincləri" lotereyası iştirakçılara hələ də sevinc bəxş etməkdədir. "Bahar Sevincləri" Bakıdan Hüseynov Bəhruz Arif oğluna Toyota "Prado" avtomobilini, Beyləqan şəhər sakini Əlyarov Ələddin Rövşən oğluna Chevrolet "Aveo" avtomobilini, Bərdə şəhərindən Bayramov Mehti Akif oğluna 3000 manatı bəxş etməklə onlara 2012-ci ilin bahar sevincini yaşatdı. 
Şəmkir şəhərindən Rüstəmov Vidadi Cəfər oğlu və Bakıdan Eyyubova Dilarə Ağəli qızı Kia "Rio" avtomobilini iki nəfərə şərikli udsalar da "Bahar Sevincləri"ndən "narazı" qalmayıblar - onların hərəsi 5500 manata sahib olublar. Rüstəmov Vidadinin 53 yaşı olmasına baxmayaraq dörd nəvənin babasıdır, lotereya həvəskarıdır. 2 bilet alıbmış və ona verdiyimiz ənənəvi, "uduşunuzu nəyə sərf etməyi planlaşdırırsınız" sualına gülə-gülə sualla cavab verdi: "dörd nəvəsi olan baba, sizcə 5500 manatı nəyə sərf edər?" Həqiqətən, şərhə ehtiyac yoxdur. Vidadi müəllimdən fərqli olaraq, Chevrolet "Aveo" avtomobili udan 22 yaşlı Əlyarov Ələddin Rövşən oğlu həyatında birinci dəfə lotereya bileti alıb. Beynəlxalq münasibətlər üzrə mütəxəssis kimi tanınmağı qarşısına məqsəd qoyan Ələddinə təkcə lotereya oyunlarında deyil, həyatın bütün sahələrində uduşlar, uğurlar arzulayırıq.
"Ailə Sevinci" lotereyası aprelin birinci yarısında çox iri uduşlarla yadda qalmasa da həmişə olduğu kimi, oyun iştirakçılarının ailələrinə sevinc gətirməkdə davam etdi. Lotereyanın 062-ci tirajında uduş sevincini Nissan "Sunny" avtomobili udan Bakı şəhər sakini Cavadov İslam Cuməli oğlunun ailəsi yaşadı. 58 yaşlı İslam Cavadov səmimiyyətlə bildirdi ki, o, heç vaxt lotereyada iştirak etməyib. Nissan "Sunny" avtomobilini udan bir ədəd bileti isə onun həyat yoldaşı pul xırdalamaq məqsədilə alıbmış. Bəli, bu bir qismətdir. İslam müəllimin də dörd nəvəsi var və uduşla bağlı, gülə-gülə "bileti nənələri alıb, o bilər, nəvələri bilər" deyir. Yəqin ki, bu uduşdan sonra, Bakıda daha bir ailə, Cavadovlar ailəsi "Ailə Sevinci" lotereyasından yan keçməyəcək. Lotereya ilə maraqlanmayan İslam müəllim təsəvvür belə etmirmiş ki, burada kifayət qədər iri məbləğlər oynanılır və məsələn, hazırda "Ailə Sevinci" lotereyasında "Meqa Potun" məbləği 120 000 manatdır.
"5/36" lotereyasının 377-ci tirajında isə Mirzəzadə Yahya İlham oğlu "Cek Pot"ın artım yürüşünü az qala dayandıracaqdı. Amma o, 21 000 manatın bir addımlığında dayandı və 4980 manat məbləğində uduşla kifayətlənməli oldu. "5/36" lotereyasının "Cek Pot"u artıq 30 000 manata çatıb. İri uduşların sayı və məbləğin böyüklüyü ilə, hazırda "Binqo" lotereyası öndə gedir. Burada 55.000, 75.000, 90.000 və 110.000 manat məbləğində uduşlar öz xoşbəxt sahiblərini gözləyirlər. "Binqo" hazırda lotereya həvəskarlarının diqqət mərkəzindədir və bu heç də təkcə sadaladığımız uduşlarla deyil, həm də, iştirakçılara 10 ədəd avtomobil bəxş edəcək. Yeni, möhtəşəm "Binqo+10" layihəsi ilə bağlıdır. Bu avtomobillərdən beşi, 1 ədəd Hyundai İ-20, 2 ədəd Hyundai İ-10 və 2 ədəd Chery Cowin 100 % uduşlu olmaqla əsas oyundan əvvəl və sonra oynanılır. Başqa sözlə, uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf etdiyi halda şarlar yenidən lototrona qaytarılır və yeni uduşlu nömrə müəyyən edilir. Beş turdan ibarət olan oyunda isə, hər turunda biri udulmaqla, 5 ədəd Chevrolet "Aveo" may ayının 9-da öz sahibini tapacaq. Xoş ənənəyə çevrilmiş "Gül bayramına" uduş sevincli daha bir bayram qata bilərsiniz. Biletlər artıq satışa çıxarılıb və gözəl dizaynı ilə xoş əhval-ruhiyyə yaradır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında