Azərbaycanda İSO sertifikati ilə işləyən ilk reklam şirkəti: "RM" İstanbul- reklam market

Son illər ölkəmizdə reklam işinin inkişafı istiqamətində xeyli uğurlar qazanılmışdır. Dünya reklam bazarının gücləndiyi bir dövrdə Azərbaycanda da bu sahəyə diqqət yetirilməsi, əslində, dövrün tələbi idi. 
- Azərbaycanda reklam bumu ötən əsrin 90-cı illərində başladı və insanlar illərlə informasiya qıtlığında yaşadıqları üçün bu reklamlar onlar üçün bir növ "qida" mənbəyi rolunu oynadı. Həmən dövrdə hansısa reklamda səslənənlər hətta dillər əzbərinə çevrilirdi. Küçələrə vurulmuş reklam lövhələri isə diqqətlə izlənirdi. Sonralar məlumat mənbələrinin sayı artdıqca insanlar daha az reklamları yadda saxlamağa və nəzər yetirməyə başladı. Əvvəllər televiziya, qəzet və radio mənbələri var idisə, indi küçədə hər addımbaşı yerləşdirilmiş bilbordlar, internetdə banerlər, magazalarda asılan plakatlar, evlərə və hətta ofislərimizə göndərilən kitabçalar reklam daşıyıcılarıdırlar. İndi reklamın bu və ya digər dərəcədə bazarı formalaşmaqla yeni ənənələri yaranmaqdadır,- deyə Azərbaycanda İSO sertifikatı ilə işləyən ilk reklam şirkəti "RM" İstanbul - reklam marketin baş direktoru Kaya Karslı soyləyir.
O, indi 10 yaşını qeyd edən şirkətin yaranma tarixindən də həvəslə danışır:
- 1996-cı ildə reklam sektoruna girdik, uzun iıllər satıs işində və Azərbaycanın ən böyük sirkətində 8 il market işində çalışdım. 2003-cü ildə " İstanbul - reklam marketi" yaratmaq qərarına gəldik. Devzimiz "Böyük dusunun..." oldu. Biz buna həm inandıq, həm də reklam işində uğurlar qazanmaqla, bu uğurları ölkəmiz Azərbaycana da qazandırdıq. Bir il əvvəl Azərbaycanda İSO sertifikatı ilə işləyən ilk reklam şirkəti olduq.
Kaya bəy reklam işindən danışarkən deyir ki, reklamın əhəmiyyəti əmtəə və xidmətlərin mövcudluğunu geniş auditoriyaya çatdırmaqdır. Reklam pullu fəaliyyət növüdür, həm də incəsənətin bir çox elementlərindən istifadə baxımından mədəniyyət aktıdır. Biz də onun fikirləriniə şərik olur və başcılıq etdiyi "RM" İstanbul- reklam marketin çoxsaylı kollektivini 10 illiyi münasibəti ilə təbrik edirik.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
May, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında