"Bakı səfərini heç zaman unutmayacağıq..."

Paytaxtın Xətai rayonu ilə qardaşlaşmış Türkiyə Respublikasının Tarsus şəhərinin nümayəndə heyətinin Bakıya üç günlük işgüzar səfəri təntənəli mərasimlə başa çatdı.
Səmimi dostluq və qardaşlıq şəraitində keçən mərasimi giriş sözü ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, tarsuslu qardaşlarımızın ilk səfəri vaxt baxımından çox qısa olsa da bizə böyük sevinc yaşatdı. Biz vaxtın imkanları çərçivəsində bir- birimizi daha yaxından tanıdıq. Qardaşlarımızı sürətlə inkişaf edən paytaxtımızın ən diqqətəlayiq nailiyyətləri, yeni salınmış mədəni, sosial, idman və digər obyektlərlə tanış etdik. Həmçinin rayonumuzun ərazisində reallaşmaqda olan bir çox layihələr barədə onlara məlumatlar verdik. Bu görüşdə bir də demək istəyirəm ki, əziz qardaşlar, Azərbaycan xalqının əldə etdiyi, sizin gördüyünüz və vaxt tapıb tanış ola bilmədiyiniz, inkişafimızı təcəssüm etdirən bütün nailiyyətlər ulu öndərimiz Heydər Əliyevin strateji xəttinin onun siyasi varisi Prezident cənab İlham Əliyev tərəfindən yeni dövrün tələbləri çərçivəsində uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur.
Çıxış üçün söz alan tarsuslu nümayəndə heyətinin rəhbərləri Tarsus Şəhər Bələdiyyəsinin başqanı Burhanettin Qoçamaz və Türkiyə Böyük Millət Məclisinin üzvü Ahmet Tevfik Uzun səmimiyyətlə bildirdilər ki, qardaş ölkəyə bu səfər onlara ən xoş duyğular yaşatmışdr. Yaşadığımız bu üç günün mutluluğunu sonsuza qədər unutmayacağıq. Biz gördüklərimizdən yaxşı mənada heyrətləndik. Bizə qardaş olan bir ölkənin az bir zaman içində bu cür sürətli inkişafını ancaq alqışlamaq olar. Avropanı yetərincə tanıyan insanlar kimi bildiririk ki, Bakı nənki Avropanın, bütün dünyanın ən gözəl şəhəri olmuşdur.
Görüşdə Azərbaycanın millət vəkilləri Hüseynbala Mirələmov və Gülər Əhmədova da çıxış edərək, qardaşlaşmış şəhərlərin nümayəndə heyətlərinin belə qarşılıqlı səfərlərinin həm təcrübə mübadiləsi, həm də gələcəkdə birgə layihələrin işlənib hazırlanması baxımından böyük fayda gətirəcəyini qeyd etdilər. Dövlətlərin daha sıx münasibətlərdə olmasının bir yolu da xalqların daha yaxın əlaqələr qurmasındadır. Güman edirik ki, bundan hər iki ölkə yalnız fayda tapacaq.
Sonra tarsuslu qonaqların hər birinə Xətai Rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri təqdim olundu. Qonaqlara təqdim olunan hədiyyələr sırasında onların səfərinin işıqlandırıldığı qəzet nüsxələri də yer almışdı. Tarsus nümayəndə heyətinin rəhbərləri də öz növbələrində xatirə hədiyyələrini Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova və digər tədbir iştirakçılarına təqdim etdilər.
Beləliklə, Xətai rayonu ilə qardaşlaşmış Türkiyə Respublikasının Tarsus şəhərinin nümayəndə heyətinin Bakıya səfəri başa çatdı.

{nl}

İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında