Yaponiya hökuməti ölkəmizdə su təchizatı layihələrinə dəstək verir

"Azərsu" Açıq Səhmdar Cəmiyyətində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilmişdir. "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda həyata keçirilən investisiya layihələrində Yaponiya hökumətinin və şirkətlərinin yaxından iştirakını diqqətə çatdırmışdır. 
Ölkəmizdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin rolunu yüksək qiymətləndirən Q. Hüseynov bildirmişdir ki, Xaçmaz, Qusar və Xızı şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender prosedurları yekunlaşmış və bu günlərdə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələrinin iştirakı ilə təməlqoyma mərasimi keçiriləcək. Görüşdə həmçinin o da bildirilmişdir ki, növbəti mərhələdə Yevlax, Bərdə, Naftalan və Qobustan şəhərlərində işlərə başlanacaq.
Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirən Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Mərkəzi Asiya və Qafqaz şöbəsinin direktor müavini Akihiro Takaşima isə öz növbəsində qeyd etmişdir ki, təmsil etdiyi qurum bundan sonra da ölkəmizdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinə dəstək verəcək.
Görüşdə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirilən "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" barədə müzakirələr aparılmışdır. Xatırladaq ki, layihə çərçivəsində ölkəmizin 10 şəhər və rayon mərkəzinin (Şirvan, Salyan, Neftçala, Qusar, Xaçmaz, Xızı, Qobustan, Yevlax, Bərdə, Naftalan) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulmuşdur.

{nl}

M.YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında