Ölkəmizi müsabiqədə təmsil edəcək mahnının caz versiyası da olacaq

Azərbaycanın "Eurovision 2012" təmsilçisi Səbinə Babayevanın müsabiqədə oxuyacağı "When The Music Dies" balladasının caz versiyası hazırlanır. Bu barədə "eurovision.az" saytı məlumat yayıb.
Qeyd edək ki, mahnının iki versiyası artıq bir müddətdir ki, ictimaiyyətə təqdim edilib. Akustik versiyadakı flaminqo musiqisinə uyğun məqamlar mahnıya yeni rəng qatır. Mahnının akustik versiyasını iki gitara müşayiət edir. "Eurovision 2012" təmsilçimiz Səbinə Babayeva akustik versiyanın sadəliyi ilə gözəl olduğunu bildirib: "Mahnı özü-özlüyündə çox söz deyir. Mən bu versiyadakı hər səsi sevirəm. O, çox gözəldir və həyatımızdakı ən vacib hissi-sevgini kəşf etməyə kömək edir."
Artıq mahnının Azərbaycan versiyası yerli musiqisevərlərin ixtiyarına verilib. Azərbaycan versiyasının sözlərinin müəllifi Teymur Məmmədovdur. İfaçı Səbinə Babayeva məzmundan çox təsirləndiyini qeyd edib: "Mahnıda kədər, sevinc, ümid və inam hisslərinin hamısı birgə tərənnüm edilir. Ümid heç bir zaman ölmür, bizi yaşadır və inandırır. Mahnının hər bir kəlməsinin Azərbaycan dilində çatdırılmasını istədik."

{nl}

Əfsanə BAYRAMQIZI, " Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında