Əfqanıstanda Taliban silahlıları ilə toqquşmada Azərbaycan sülhməramlıları zərər çəkməyiblər

Eldar Sabiroğlu: Əsgərlərimizin hamısı sağ-salamatdır 
Taliban silahlıları Kabil şəhərində eyni zamanda 7 əraziyə, o cümlədən Türkiyə Silahlı Qüvvələri taborunun mövqelərinə hücum edib. APA -nın bildirdiyinə görə, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Agentlik Türkiyə taborunun əsgərlərinin talibançıların hücumunu dəf etməsi barədə məlumat yaysa da, itkilərin olub-olmadığı barədə məlumat verməyib.
Digər beynəlxalq agentliklərin məlumatına görə, toqquşma nəticəsində 36 talibançı öldürülüb.
APA-nın "Kabildə Türkiyə taborunun tərkibində xidmət edən Azərbaycan sülhməramlıları arasında zərər çəkən varmı" sualına isə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu "Xeyr. Əsgərlərimizin hamısı sağ-salamatdır", - deyə cavab verib.
Qeyd edək ki, hazırda Əfqanıstanda İSAF qüvvələri tərkibində 94 nəfərlik Azərbaycan sülhməramlı heyəti Türkiyə taborunun tərkibində xidmət edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında