Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsində işlərin 98 faizi tamamlanmışdır

Türkiyənin Qars vilayətinin valisi Əhməd Kara keçirdiyi mətbuat konfransında bildirmişdir ki, bütün türk dünyası və Avrasiya məkanı üçün mühüm əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun 76 kilometrlik Türkiyə hissəsində tikinti işlərinin 98 faizi tamamlanmışdır.
Tunellər, torpaq və qazma işləri bitmək üzrədir və dəmir yolu reyslərinin döşənməsi üçün yeni bir tender keçiriləcəkdir.
Qarsda 400 min kvadratmetr sahədə yerləşəcək böyük logistika mərkəzinin yaradılması ilə bağlı hazırlıq işlərinin tamamlandığını da diqqətə çatdıran vali demişdir ki, BTQ layihəsinin başa çatması ilə bağlı ilin sonunadək yeni dəmir yolu stansiyasının tikintisi üçün də martın 26-da tender keçirilmişdir.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında