Vatikanın məxfi arxivindən gətirilən sənədlər tədqiqatçılar üçün açıq elan edilmişdir

Vatikanın məxfi arxivindən gətirilən sənədlər tədqiqatçılar üçün açıq elan olunmuşdur. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli məlumat vermişdir. Onun sözlərinə görə, artıq Vatikandan gətirilən sənədlərin bir nüsxəsi Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmuşdur. Bu sənədlərlə işləmək bacarığı olan hər bir mütəxəssis Vatikandan gətirilən sənədləri tədqiq edə bilər.
F. Ələkbərli bildirmişdir ki, Vatikanın məxfi arxivindən sənədlər Mədəniyyət və Turizm Nazirliyinin layihəsi əsasında gətirilmişdir: "Vatikana ezamiyyənin xərcini qismən nazirlik ödəmişdir. Bu sənədlərin sonrakı taleyini də AMEA Rəyasət Heyəti ilə razılaşdırılmış şəkildə nazirlik həll edəcək. Hazırda latın dilində olan məktublar tərcümə edilir. Bu məktubları latın dilini bilən bir mütəxəssis könüllü şəkildə tərcümə edir. Lakin bütün sənədlərin tərcüməsi Vatikandan gətirilən sənədlərlə bağlı komissiya yaradıldıqdan sonra sistemli şəkildə həyata keçirilməlidir. Komissiya qədim dilləri bilən mütəxəssislər tapmalı və bu sənədlər onlar arasında bölünməlidir. Sənədlərin arasında monqol dilində olan sənədlər də var. Lakin Azərbaycanda bu dili bilən mütəxəssis yoxdur. Yəqin ki, həmin mütəxəssisi xaricdən gətirmək lazım gələcək".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında