Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur iştirakçı komandaları elan edir

Xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş 23 yaşınadək velosipedçilər üçün velotur 9-13 may 2012 il tarixlərində keçiriləcəkdir. Beş mərhələlik velotur Azərbaycanda keçiriləcək ilk peşəkar velosiped yarışı olacaqdır. Yarışda iştirak etmək üçün təşkilatçılar hər biri 6 idmançıdan ibarət olan 20 komanda dəvət ediblər. Pelotonda 4 kontinental, 4 milli və 12 klub/qarışıq komanda mübarizə aparacaq.
Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotura böyük maraq göstərilmiş və yarışda iştirakla bağlı təşkilatçılara çoxlu sayda ərizə daxil olmuşdur. Nəticədə təşkilatçılar tərəfindən yarışlarda iştirak etmək üçün 20 komanda seçilmişdir. Təşkilatçılar adından Albrecht Röder seçimlə bağlı aşağıdakıları söyləmişdir: "Biz kontinental, milli və klub/qarışıq komandaları dəvət edərək yarış iştirakçılarına öz qabiliyyətlərini göstərmək üçün şərait yaratmaq istədik. Təsir bağışlayan yarışlar və qələbə uğrunda inadlı mübarizə gözləyirik".
Xatırladaq ki, Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur Beynəlxalq Velosipedçilər İttifaqının (BVİ, fransızca UCI) təqvim planına daxil edilmiş və 2.2 U-23 (19-23 yaş həddi) kateqoriyasına aid BVİ Kontinental Turudur. Yarış Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Almaniyanın "FreundeEventlogistik" şirkəti ilə birlikdə təşkil olunur.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında