Türkiyəli qonaqlar Bakı görüşündən məmnun qaldılar

Dünən Paytaxtın Xətai rayonu ilə qardaşlaşmış Türkiyə Respublikasının Tarsus şəhər Bələdiyyəsinin Bakıda işgüzar səfərdə olan nümayəndə heyətinin üzvləri ulu öndər Heydər Əliyevin yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olmuş və burada keçirilən "Şahin" hərbi idman oyunlarının açılış mərasimində iştirak etmişlər. Yarışlara start verilməmişdən öncə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirmişdir ki, artıq respublikamızda ənənəyə çevrilmiş bu yarışlar, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində çox böyük rol oynayır.
Rayonumuzun məktəbliləri mütəmadi olaraq hər il keçirilən bu yarışlarda son illər bir sıra ugurlara imza atmışlar. Biz əminik ki, bu yarışlar Azərbaycanın ərazi bütövlüyünü qoruyan Ordumuzun gələcəkdə daha da güclü olmasına öz töhfələrini verəcək.
Toplantıda Tarsus şəhər Bələdiyyəsinin başqanı Burhanettin Qoçamaz, Türkiyə Böyük Millət Məclisinin üzvü Ahmet Tevfik Uzun, Azərbaycanın millət vəkilləri Hüseynbala Mirələmov və Gülər Əhmədova da çıxış edərək bildirdilər ki, gələcək qələbələrin təməli məhz indi, məktəb illərində qoyulur. Bu gün heç bir gənc, yeniyetmə unutmamalıdır ki, onlar torpaqlarımız uğrunda qan tökmüş qəhrəman oğullarımızın arzularının təcəssümüdürlər. Belə bir əminlik ifadə olundu ki, nə qədər Azərbaycanın belə vüqarlı, qorxmaz və cəsur övladları var, onun bir qarış torpağı da düşmən tapdağında qalmayacaq.
Çıxışlar başa çatdıqdan sonra gənc şahinlər hərbi marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçdilər.
Tarsuslu qonaqların növbəti görüşü Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatında keçirildi. Təşkilatın qərargahında qonaqları səmimiyyətlə qarşılayan YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının tarixi barədə müfəssəl məlumat verərək bildirdi ki, bu partiyanın qurucusu və yaradıcısı ümummilli lider Heydər Əliyevdir. Bu gün partiyanın sıralarında 560 mindən çox insan birləşir. YAP Azərbaycan xalqının ən ağır günlərində yaranaraq öz liderinin müstəsna xidmətləri sayəsində ölkəni xaosdan, anarxiyadan və dağılmaqdan xilas etmişdir.
Sonramillət vəkili Hüseynbala Mirələmov qonaqların hər birinə özünün "Moladaya qvardiya" nəşriyyatının "Görkəmli adamların həyatından" seriyasından nəşr etdiyi "Heydər Əliyev" və "İlham Əliyev, tərcümeyi-hal davam edir" kitablarını hədiyyə etdi. Tarsus şəhər bələdiyyəsinin başqanı Burhanettin Qoçamaz da öz növbəsində YAP Xətai rayon təşkilatına xatirə hədiyyəsi təqdim etdi və bildirdi ki, bu səfər onları cox məmnun etmişdir. Bakıda görülən işlərdən, onun gözəlliyindən qürur duyur və bu görüşlərin təəssüratlarının yaddaşımızdan heç zaman silinməyəcəyini düşünürük.
Görüşdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Azərbaycanın millət vəkilləri Gülər Əhmədova və Səməd Seyidov, YAP Xətai rayon təşkilatının İdarə Heyətinin üzvləri və digər qonaqlar da iştirak edirdilər.
Elə həmin gün Tarsus şəhər Bələdiyyəsinin nümayəndə heyəti Heydər Əliyev Fondunu ziyarət etmiş, Dövlət Bayrağı Meydanı, Nobel qardaşlarının ev muzeyi, Xətai rayonundakı incəsənət mərkəzi ilə tanış olmuş və bir sıra digər işgüzar görüşlər keçirmişlər.

{nl}

İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında