ATƏT-in Bakı Ofisinin rəhbəri: "Son 20 ildə ATƏT ilə Azərbaycan arasında əlaqələrin inkişafında böyük dəyişikliklər var"

"ATƏT ilə Azərbaycan arasında 20 il əvvəlki əlaqələri müqayisə etdikdə görürük ki, hazırkı əlaqələrin inkişafında böyük dəyişikliklər var".
APA-nın məlumatına görə, bu fikirləri ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay jurnalistlərə açıqlamasında demişdir: "1992-ci illə müqayisə etsək, Azərbaycanda böyük inkişafın şahidi olarıq. Buna paralel olaraq ATƏT ilə Azərbaycan arasında ikitərəfli əlaqələrdə mühüm irəliləyiş əldə olunmuşdur. Azərbaycan ATƏT-in fəaliyyətinə vacib töhfə verir. Hər il təqribən 80-90 layihə həyata keçirilir. Hazırda isə 2013-ci il üçün həyata keçiriləcək birgə layihələrin hazırlanması istiqamətində müvafiq iş aparılır və gələn həftə Vyanaya göndərilməsi gözlənilir. Bütün bu layihələrin həyata keçirilməsində Azərbaycanla birgə əməkdaşlıq mövcuddur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında