Aleksandr KOZLOVSKİ: Azərbaycan MOK-u bütün Olimpiya birliyinin rəğbətini qazanmışdır

"Mən 2020-ci il Olimpiya oyunlarına ev sahibliyi uğrunda mübarizə aparan Azərbaycanın qalib gəlməsini çox istəyirəm". Bu sözləri Avropa Olimpiya Komitəsinin vitse-prezidenti və Milli Olimpiya Komitələri Assosiasiyasının üzvü Aleksandr Kozlovski 2020-ci il Olimpiadasını keçirməyə namizəd beş şəhərin, o cümlədən Bakının Moskvada keçirilən təqdimat mərasimindən sonra müsahibəsində demişdir.
Onun sözlərinə görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakı haqqında məruzəsini çox ciddiyyətlə və gözəl təqdim etmişdir. A.Kozlovski vurğulamışdır: "Bu, gözəl və sanballı çıxış idi". O demişdir: "Təqdimatınızın müşayiəti, çox peşəkarlıqla, çox gözəl çəkilmiş videosıra olduqca xoşuma gəldi. Azərbaycan məsləhətçilərinin hazırladığı çarx özlərini çox yaxşı təqdim etmiş ispanların qəşəng milli sırası ilə müqayisə edilə bilər".
A.Kozlovski Olimpiya hərəkatının inkişafında Azərbaycanın uğurlarını qiymətləndirərək bildirmişdir ki, Olimpiya hərəkatı ölkə həyatının bir hissəsidir. Onun sözlərinə görə, ölkə necə yaşayırsa, Olimpiya hərəkatı da belə yaşayır. Aleksandr Kozlovski demişdir: "Mən 40 il əvvəlki Bakını xatırlayıram, mən 15 il əvvəlki Bakını xatırlayıram, il yarım əvvəlki, bir həftə əvvəlki Bakını və ən əsası insanların simasındakı müxtəlif ifadələri xatırlayıram. Deyə bilərəm ki, Azərbaycan necə ucalırsa, Azərbaycan Olimpiya hərəkatı da elə ucalır. Azərbaycanın Olimpiya Komitəsi bütün Olimpiya birliyinin böyük rəğbətini qazanmışdır. Yeri gəlmişkən, biz hamımız belə bir faktı yüksək qiymətləndiririk ki, Azərbaycan Prezidenti İlam Əliyevin yeganə ictimai vəzifəsi Azərbaycan Olimpiya Komitəsinin prezidenti postudur. Biz bilirik ki, Olimpiya ailəsi Bakıda olanda bu ailəni təkcə dövlət başçısı deyil, həm də bizim dostumuz, Azərbaycan MOK-un prezidenti qəbul edir. Bu, tamamilə başqa hisslər doğurur".

{nl}

Asya HACIZADƏ, AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında