Parisdə "Azərbaycanın Avropanın enerji təhlükəsizliyi strategiyasında rolu" adlı "dəyirmi masa" təşkil olunmuşdur

Avropa Azərbaycan Cəmiyyəti, Fransa Beynəlxalq Əlaqələr İnstitutu (IFRI) və Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi aprelin 13-də Parisdə "Azərbaycanın Avropanın enerji təhlükəsizliyi strategiyasında rolu" adlı "dəyirmi masa" təşkil etmişdir.
Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, IFRI-nin Parisdəki mənzil-qərargahında keçirilən tədbirdə 90-a yaxın alim, diplomat, sənayeçi və iş adamı iştirak etmişdir. Giriş sözü ilə çıxış edən IFRI Enerji Mərkəzinin direktoru Maite Jorji-Nodən (Maite Jaureguy-Naudin) əməkdaşlığa görə AAC və SAM-a təşəkkürünü bildirmişdir. AAC-ın Fransadakı ofisinin rəhbəri Eliza Piter Fransada bu mövzunun müzakirəsinin vacib olduğunu vurğulayaraq demişdir ki, Fransa səhmdarlarının Avropa və Azərbaycanla bağlı enerji mövzuları barədə məlumatlandırılması vacibdir. SAM-ın direktor müavini Gülşən Paşayeva Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu ilə bağlı mühüm statistik məlumatları iştirakçıların diqqətinə çatdırmışdır.
Maite Jorji-Nodən iştirakçılara çıxış edəcək beş eksperti - TOTAL SA Azərbaycan şirkətinin vitse prezidenti Natali Komatitş, IFRI Enerji Mərkəzinin tədqiqatçısı Laura Parmiani, Edison SpA şirkətinin beynəlxalq qaz infrastrukturları bölməsinin rəhbəri Elio Rucceri, SAM-ın tədqiqatçısı Gülmirə Rzayeva və Rusiya Dövlət Energetika Fondunun baş direktoru Konstantin Simonovu - təqdim etmişdir. Laura Parmiani qeyd etmişdir ki, qaz təchizatının diversifikasiyası Avropa Birliyi ölkələri üçün vacibdir, çünki onlar Rusiya "Qazprom"undan asılı olmaq istəmirlər. Gülmirə Rzayeva Azərbaycandan başlayan və yaxud keçən müxtəlif qaz kəməri layihələri barədə məlumat vermiş və Trans-Anadolu Qaz Kəmərinin (TANAP) əhəmiyyətindən danışmışdır.
Konstantin Simonov və Elio Rucceri Rusiyanın və İtaliyanın regiondakı maraqlarından və strategiyasından danışmışlar. Sonda Natali Komitş TOTAL-ın Azərbaycanda fəaliyyəti və Abşeron yatağının ehtiyatları barədə məlumat vermişdir. O, Azərbaycan bazarının Avropa investorları üçün maraqlı olduğunu vurğulayaraq burada investorlar üçün şəffaf və effektiv mühit yaradıldığını bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında