Balakən Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini rüşvət alarkən cinayət başında tutulmuşdur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Balakən Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini Əliyev Əfqan Tahir oğlunun qanunsuz hərəkətləri barədə Balakən rayon sakininin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılmışdır.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Əfqan Əliyev ünvanlı dövlət sosial yardımı ayrılması barədə müraciət edən Balakən rayon sakininin adına yardımın təyini və ödənilməsi üçün ondan 400 manat rüşvət tələb etmişdir. Bundan sonra o, həmin puldan 200 manatını almaqla, cinayət əməlini davam etdirərək aprelin 10-da tələb etdiyi məbləğin verilməmiş qalan 200 manatını xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır.
Ə.Əliyevin xidməti otağına baxış keçirilərkən otaqdan iş üçün əhəmiyyət kəsb edən plastik kartların uçotu jurnalı və digər sənədlər aşkar edilərək götürülmüşdür.
Törətdiyi cinayət əməlinə görə Əfqan Əliyev barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır. Ə.Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında