Bakıda işıqforların işi "yaşıl dalğa" rejimində tənzimlənəcək

Bakıda nəqliyyatı intellektual idarəetmə sistemi işıqforların iş vaxtını "yaşıl dalğa" rejimində tənzimləməyə imkan verəcək. Bu barədə cümə axşamı Trend-ə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat veriblər.
"Yaşıl dalğa" nəqliyyat vasitələrinin hərəkətinin işıqforlarla tənzimlənməsinin avtomatik sistemidir.
"Hazırda "yaşıl dalğa" paytaxtın əsas küçələrində tətbiq edilir. O, işıqforlar arasında qarşılıqlı əlaqənin qurulmasına imkan verir, müəyyən hesab sürəti ilə hərəkət edən nəqliyyat vasitələrinin kompakt qrupunun keçdiyi anda yaşıl işarənin işə düşməsini təmin edir", - mərkəzdən deyiblər.
Hazırda Bakıda işıqforların modernləşdirilməsi və yenidən qurulması davam edir. Sistemə birləşdirilən yeni işıqfor aparatları 150 yolayrıcında quraşdırılıb və ehtiyac olarsa, onların sayı artırılacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında