Son 4 gündə Kürdə suyun səviyyəsi 1 metr qalxıb

Asif Verdiyev: "Çayda səviyyənin artımının davam edəcəyi gözlənilir"
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Kür çayının Qıraqkəsəmən məntəqəsində suölçmə işləri aparır. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib. Onun sözlərinə görə, Kür çayının Gürcüstan hissəsində suyun səviyyəsinin kəskin artımı Azərbaycan ərazisində Qıraqkəsəmən məntəqəsində də çayın artımına səbəb olub. A. Verdiyev deyib ki, son 4 gün ərzində suyun səviyyəsi 1 metrədək artıb: "Hazırda artma səngiyib. Lakin səviyyənin yenidən artması baş verə bilər. Gürcüstan və Azərbaycan ərazisində sabah yağışlar proqnozlaşdırılır. Bununla əlaqədar Kür çayında səviyyənin artımının davam edəcəyi gözlənilir".
A. Verdiyevin sözlərinə görə, Kürdə aparılan suölçmə işlərinin əsas məqsədi çayda suyun həcmini müəyyən etməkdir: "Suyun dərinliyi, sürəti və çayın eni ölçülür, ölçmə işləri başa çatandan sonra çayda su sərfinin həcmi müəyyən ediləcək".
Baş hidroloq əvvəlki illərlə müqayisədə hazırda Kürdə suyun səviyyəsinin o qədər də yüksək olmadığını bildirib. A. Verdiyev onu da deyib ki, qarın əriməsi və yağışların yağması nəticəsində respublikanın dağ çaylarında, xüsusən də Böyük Qafqazın Kişçay, Girdimançay, Talaçay, Göyçayda qısamüddətli daşqınlar gözlənilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında