Sumqayıtda qətl törətmiş şəxs yaxalanmışdır

Xəbər verildiyi kimi, aprelin 11-də Sumqayıt şəhər sakini İlham Cabbarovun yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilmişdir. 
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən bildirmişlər ki, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
İlkin araşdırmalar zamanı müəyyən edilmişdir ki, aprelin 10-da saat 20.00 radələrində tüfeyli həyat tərzi keçirən İlham Cabbarov yaşadığı mənzildə tanışı Nizami Quliyevlə spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zəminində sonuncu tərəfindən bıçaqla çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürülmüşdür.
Cinayəti törətməkdə şübhəli bilinən N.Quliyev Sumqayıt Şəhər Prokurorluğu və Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində tutularaq istintaqa cəlb olunmuş, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında