Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında FAO-nun regional konfransının nümayəndələri ilə görüş

Aprelin 13-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Qida və Tütün Sənayesi, Kənd Təsərrüfatı, Otel və Restoran Xidməti (ictimai iaşə) və Müvafiq Sahə İşçilərinin Beynəlxalq İttifaqı (İUF) nümayəndələri ilə görüşmüşdür.  
Səttar Mehbalıyev qonaqlara konfederasiyanın fəaliyyəti haqqında məlumat vermişdir. Bildirilmişdir ki, AHİK ətrafında 1,6 milyon işçini və 26 üzv təşkilatı birləşdirir. Qurum həmkarlar ittifaqları kadrlarının təhsilini və peşə hazırlığını daim yüksəltmək üçün Beynəlxalq Həmkarlar İttifaqları Birlikləri və Beynəlxalq Əmək Təşkilatı ilə sıx əməkdaşlıq edir.
Aprelin 17-20-də Bakıda keçiriləcək BMT-nin tərkib hissəsi olan Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Avropa və Şərqi Asiya dövlətləri üzrə regional konfransının əhəmiyyəti barədə danışan AHİK sədri demişdir ki, tədbirdə dünyanın qarşılaşdığı ərzaq böhranı ilə əlaqədar milli hökumətlərin, beynəlxalq qurumların ərzaq təhlükəsizliyi istiqamətində siyasətlərinin əlaqələndirilməsi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə olunacaqdır. Regional konfransda bölgəni təmsil edən ictimai birliklərin, o cümlədən kənd təsərrüfatı və qida sənayesi üzrə həmkarlar ittifaqları təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur. İclas zamanı regional konfransda müzakirə ediləcək məsələlər üzrə bölgədəki həmkarlar ittifaqları təşkilatlarının birgə mövqeyi müəyyənləşdiriləcəkdir. Bu işdə AHİK üzvü olan Azərbaycan Respublikası "Kənd-Qida-İş" Həmkarlar İttifaqı Federasiyasının qarşısında böyük vəzifələr dayanır.
İUF-un Şərqi Avropa və Mərkəzi Asiya üzrə əlaqələndiricisi Kirill Buketov Azərbaycanın bu tədbirə ev sahibliyi etməsini xüsusi vurğulayaraq, qurumun fəaliyyətinə göstərilən dəstəyə görə minnətdarlığını bildirmişdir.
Görüşdə Rusiya, Qazaxıstan, Ukrayna, Qırğızıstan həmkarlar ittifaqı komitələrini təmsil edən nümayəndələr iştirak etmişlər.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında