Ucarda soyqırımla bağlı tədbir

Dünən Ucar rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə yığıncaq keçirilmişdir.
Yığıncağı giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Arzu Qafurov açmışdır. O, tarix boyu ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında ətraflı məlumat vermiş, bu hadisənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən işlərdən danışmışdır.
Məruzə ətrafında çıxış edənlər ayrı-ayrı vaxtlarda törədilmiş soyqırımı faktlarına diqqəti cəlb etmiş və erməni vandalizmini pisləmişlər.
Çıxışlarda qeyd olunmuşdur ki, 1948-1953-cü illərdə ermənilərin Qərbi Azərbaycandakı ata-baba torpaqlarından deportasiya etdiyi 50-dən çox ailə Ucar rayonunun müxtəlif kəndlərində məskunlaşmış, torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə rayon üzrə 153 nəfər şəhid olmuş, 95 nəfər əlil kimi evlərinə qayıtmışdır. Hazırda rayonda 940 nəfəri əhatə edən 274 məcburi köçkün ailəsi məskunlaşmışdır.
Yığıncaqda həmçinin gənc nəslin Vətənə məhəbbət, düşmənə nifrət ruhunda tərbiyə edilməsinin vacibliyi önə çəkilmiş, bu sahədə hər bir kəsin üzərinə vəzifə düşdüyü xüsusi vurğulanmışdır.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında