Kür çayının daşmasının və qrunt sularının əhaliyə ziyan vurmasının qarşısı alınacaqdır

Həyata keçirilən dib-dərinləşdirmə və sahil bərkitmə işləri nəticəsində Kür çayının daşmasının, qrunt sularının əhalinin evlərinə ziyan vurmasının qarşısı alınacaqdır.
Bunu jurnalistlərə Kür boyunca dib-dərinləşdirmə işlərinin təşkili üçün Neftçalada inşa edilən əsas bazanın tikinti işləri ilə tanış olan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov demişdir.
Nazir bildirmişdir ki, Neftçala rayonuna Kür çayı boyunca dib-dərinləşdirən və sahil bərkidən gəmilər gətirilmişdir. Bu texnika üçün Neftçala rayonunun İkinci Qaralar kəndi ərazisində baza tikilir. Bazadakı texnika əsasən çay boyunca dib-dərinləşdirən və lil sovuran gəmilərdir. Sovrulan lil üzən kompozit borular vasitəsilə kənara daşınacaqdır. Hələlik 3 gəmidən biri Kür çayının deltasındadır, ikisi isə əsas bazaya gətirilmişdir. Kürün deltası uzun illər ərzində lillə dolmuşdur. Delta 15 metr genişləndirildikdən sonra gəmilər buraya gətirilmişdir.
K.Heydərov demişdir ki, uzun illər ərzində Kürün deltasında yığılmış lil qatı eni 100 metrə qədər olan süni adacıq yaratmışdır. Lil toplantısı təmizləndikdən sonra çayda gəmilərin normal hərəkəti mümkün olacaqdır. Eyni zamanda Kür çayında lil toplanmayacaq və yığıntılar birbaşa dənizə axacaqdır. Çayda aparılan dib-dərinləşdirmə və sahil bərkitmə işləri nəticəsində Kürün daşmasının, qrunt sularının əhalinin evlərinə ziyan vurmasının qarşısı alınacaqdır.
Dib-dərinləşdirmə işləri deltada, Sabirabad, Salyan və Neftçala rayonları ərazisində daha təhlükəli hesab olunan ümumi uzunluğu 30 kilometrdən çox olan hissələrdə aparılacaqdır.
Bundan başqa, çayda keçmişdəki naviqasiya bərpa olunacaqdır.
K.Heydərov onu da bildirmişdir ki, nazirlik Hollandiyanın "Royal Haskoning" və "Deltares" şirkəti ilə əməkdaşlıq edir. Onlar Kürün Mingəçevirdən deltasına qədər olan hissəsində təhlillər aparmışlar. Bu təhlillərin nəticəsində lazımi texnika alınmışdır. Burada daimi iş aparılacaqdır.
Nazir bildirmişdir ki, Sabirabad, Salyan və Neftçala ərazilərində hazırda çökdürmə hovuzları olan yardımçı bazalar da tikilir. Artıq çayın deltasında işlərə başlanılmışdır.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında